UEFA Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində təşkil etdiyi tədbirə Bakı vaxtı ilə saat 15:00-da start verilib.

Bu raundda eyni ölkənin təmsilçiləri və qrup mərhələsində üz-üzə gələn komandalar bir-birilərinə rəqib ola bilməzdilər. Qruplarda birinci yeri tutan komandalar “səpələnmişlər”, ikinci yerin sahibləri isə “səpələnməmişlər” səbətində yer almışdılar.

Püşk nəticəsində UEFA Çempionlar Liqasında 1/8 final cütləri belə formalaşıb:

UEFA Çempionlar Liqası
1/8 final

Portu (Portuqaliya) – Arsenal (İngiltərə)
Napoli (İtaliya) – Barselona (İspaniya)
PSJ (Fransa) – Real Sosyedad (İspaniya)
İnter (İtaliya) – Atletiko (Madrid, İspaniya)
PSV (Niderland) – Borussiya (Dortmund, Almaniya)
Latsio (İtaliya) – Bayern (Almaniya)
Kopenhagen (Danimarka) – Mançester Siti (İngiltərə)
Leypsiq (Almaniya) – Real (İspaniya)

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin 1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 martda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: