UEFA Çempionlar Liqasının ən sürətli oyunçusu bəlli oldu

UEFA Çempionlar Liqasının 2023/2024-cü illər mövsümünün ən sürətli oyunçusunun adı futbol ictimaiyyətinə açıqlanıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.

Qitənin ali futbol qurumunun texniki hesabatına görə, Dortmund “Borussiya”sının 22 yaşlı almaniyalı cinah hücumçusu Kərim Adeyemi ötən mövsüm qitənin ən mötəbər klub yarışında 37,8 km/saat sürət yığa bilib. Adeyemi buna “Real”la final oyununda (0:2) nail olub.

PSJ-nin portuqal sol cinah hücumçusu Nuno Mendes 37,2 km/saat sürətlə ötən mövsüm UEFA Çempionlar Liqasının ikinci ən sürətli futbolçusudur.

İlk üçlüyü isə “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe qapayır. Mbappe 36,1 km/saat sürət yığa bilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: