Bu gün UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsinin 3-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 10 matç baş tutub.
A Liqasının 1-ci qrupunda Türkiyə Belçikanın, İtaliya Fransanın qonağı olub. Qardaş ölkə təmsilçisi bu oyunda da darmadağına üzülüb. Fransada baş tutmuş mərkəzi oyunda isə qalib müəyyənləşməyib.
B Liqasında Gürcüstan yığması səfərdə Macarıstanla üz-üzə gəlib və minimal hesabla uduzub. Ukrayna isə Şimali İrlandiya ilə ev oyununda darmadağına üzülüb.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyunu oktyabrın 4-də evdə Litva yığmasına qarşı keçirəcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
2 oktyabr
A Liqası, 1-ci qrup
Belçika – Türkiyə 3:0
Fransa – İtaliya 1:1
Xallar: Fransa – 7. Belçika – 6. İtaliya – 4. Türkiyə – 0.
B Liqası, 2-ci qrup
Macarıstan – Gürcüstan 1:0
Ukrayna – Şimali İrlandiya 0:3
Xallar: Şimali İrlandiya – 7. Ukrayna – 4. Macarıstan – 4. Gürcüstan – 1.
B Liqası, 4-cü qrup
Bosniya və Herseqovina – İsveç 1:1
Polşa – Rumıniya 6:0
Xallar: İsveç – 7. Bosniya və Herseqovina – 5. Polşa – 4. Rumıniya – 0.
C Liqası, 2-ci qrup
Kipr – Ermənistan 2:0
Latviya – Monteneqro 1:2
Xallar: Monteneqro – 9. Kipr – 4. Ermənistan – 3. Latviya – 1.
C Liqası, 3-cü qrup
Qazaxıstan – Moldova 1:2
Farer adaları – Slovakiya 1:1
Xallar: Slovakiya – 7. Moldova – 4. Farer adaları – 3. Qazaxıstan – 1.


