“Neftçi” PFK klubun seleksiya şöbəsinin üzvü Vadar Nuriyev ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Arena.az xəbər verir ki, paytaxt klubu 51 yaşlı mütəxəssisə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xatırladaq ki, 1998-2001-ci illərdə “Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub.
2018-ci ildə “Neftçi”nin əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev 2020-ci ilin iyulundan noyabrınadək əsas komandada köməkçi məşqçi, 2021-ci ilin fevralından indiyədək isə klubun seleksiya şöbəsində çalışıb.


