Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Türkiyə millisi ilə oyunu (1:3) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Məğlub olmaq həmişə xoşagəlməzdir, amma düşünürəm ki, komandam çıxışımızla və ölkəmizi necə təmsil etməsilə fəxr edə bilər. Düşünürəm ki, yaradılmış imkanların sayına görə rəqibimizdən geri qalmırdıq.
Düşünürəm ki, azacıq istedadımız, bir azacıq təcrübəmiz çatışmırdı. Amma belə yarışlarda iştirak etməklə mütləq daha təcrübəli olacağıq. Belə oyunlarda nə qədər tez-tez oynasaq, bir o qədər güclü olacağıq”, deyə Villi Sanyol vuğulayıb.
1-ci turdan sonra Türkiyə və Portuqaliya yığmaları “F” qrupunda hər biri 3 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. Çexiya və Gürcüstan yığmaları xalsızdırlar və müvafiq olaraq 3-cü və 4-cü yerlərdə qərarlaşıblar.


