Voleybol: Azərbaycan çempionatının başlama tarixi açıqlandı

Voleybol üzrə Azərbaycan çempionatında 2024/2025-ci illər mövsümünün başlama vaxtı və reqlamenti müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni mövsümə dekabrın 3️-də start veriləcək. Həm qadınların, həm də kişilərin Yüksək Liqasında 6 komanda mübarizə aparacaq.

Reqlamentə əsasən, liqalar 2 dövrədən ibarət olacaq (ev-səfər) və oyunlar dairəvi sistem üzrə keçiriləcək. Bu dövrələrdən sonra ilk 4 pilləni tutacaq klublar play-off mərhələsinə yüksələcəklər.

Qadınlarda “Azərreyl”, “Abşeron”, “Murov”, “Gəncə”, “Milli Aviasiya Akademiyası” və UNEC komandaları medallar uğrunda mübarizə aparacaq.

Kişilərdə isə MOİK, “Murov”, “Azərreyl”, “Xilasedici”, “Gənclər” və “Neftçi” ölkənin ən güclülərini müəyyənləşdirəcəklər.

Ölkə çempionatının 2024-2025-ci illər mövsümündə ilk qarşılaşmaları qadın komandaları arasında keçiriləcək. Kişilərin mübarizəsində isə birinci turun oyunları dekabrın 4-5-də təşkil olunacaq.

Azərbaycan çempionatı
Yüksək Liqa (qadınlar)
1-ci tur

3 dekabr

14:00. “Gəncə” – “Abşeron”
Gəncə İdman sarayı

15:00. “Milli Aviasiya Akademiyası” – “Azərreyl”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

17:00. “Murov” – UNEC
“Murov”un idman zalı

Yüksək Liqa (kişilər)
1-ci tur
4 dekabr

15:00. “Murov” – MOİK
“Murov”un idman zalı.

17:00. “Neftçi” – “Azərreyl”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

5 dekabr

16:00. “Gənclər” – “Xilasedici”
Sumqayıt Olimpiya İdman Kompleksi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: