18 yaşadək qızlardan ibarət voleybol üzrə Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışın ilk günündə komandamızın rəqibi yerli voleybolçular olublar.
Qarşılaşma meydan sahiblərinin 3:0 (25:14, 25:6, 25:9) hesablı qələbəsi ilə yekunlaşıb.
Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv noyabrın 26-na qədər davam edəcək çempionatda Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşaya qarşı da mübarizə aparacaq. Azərbaycan millisi növbəti oyununu noyabrın 21-də Ukrayna yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
AÇ-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


