Qadınlardan ibarət voleybol üzrə Azərbaycan milli komandası bu gün Qızıl Avropa Liqasında mübarizəni başa vurub.
Arena.az xəbər verir ki, ölkəmizin ev sahibliyi etdiyi yarışın 3-cü turunun son qarşılaşmasında komandamız Avstriya yığması ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüşə voleybolçularımız üstün başlasalar da, son anda qələbəni əldən veriblər. Tay-brekə kimi davam edən oyundan rəqib 3:2 hesabı ilə qalib ayrılıb.
Bu oyundan sonra millimiz aktivinə 1 xal yazdırıb və bununla da xallarının sayını 7-yə çatdırıb.
Qeyd edək ki, reqlamentə əsasən yarışda iştirak edən 12 komandadan ilk dörd pilləni tutanlar dördlər finalına vəsiqə qazanır. Turnirin yarımfinal və final oyunları 15-16 iyun tarixlərində Çexiyada baş tutacaq.
Qızıl Avropa Liqası
3-cü tur
2 iyun
Azərbaycan – Avstriya 2:3 (25:22, 25:19, 23:25, 16:25, 8:15)


