Vüsal İsgəndərli 88 dəqiqə oynadı, “Eqnatiya” evdə uduzdu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 7-ci turu çərçivəsində bu gün “Teuta” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutan qarşılaşmadan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Vüsal bu matça start heyətdə başlayıb və 88-ci dəqiqədə əvəzlənib.

Mövsümdəki ikinci məğlubiyyətinə baxmayaraq, “Eqnatiya” 7 turdan sonra 13 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu yay “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 9 oyuna çıxıb, 2 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: