Vüsal İsgəndərli Albaniya çempionatında debüt etdi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ötən gün Albaniya çempionatının 2023/2024 mövsümünün ilk turu çərçivəsində “Skenderbeu” ilə qarşılaşıb.

Doğma meydanda baş tutan qarşılaşma “Eqnatiya”nın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Vüsal bu matçda hesab açılandan sonra – 62-ci dəqiqədə meydana daxil olub. Amma o, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu yay “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: