Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 6-cı turu çərçivəsində bu gün “Vlajniya” ilə qarşılaşıb.
“Eqnatiya” səfərdə baş tutan qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb.
Vüsal bu matça start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 49-cu dəqiqədə azərbaycanlı futbolçu vurub.
“Eqnatiya” 6 turdan sonra 13 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu yay “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 8 oyuna çıxıb, 2 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.


