Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 9-cu turu çərçivəsində “Tirana” ilə qarşılaşıb.
“Eqnatiya” rəqib meydanında baş tutan qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılıb.
Vüsal bu matçın 72-ci dəqiqəsində meydana buraxılıb.
“Eqnatiya” 9 turdan sonra 19 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu yay “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 11 oyuna çıxıb, 2 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.


