Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Albaniya çempionatının 4-cü turu çərçivəsində “Partizani” ilə qarşılaşıb.
Səfərdə baş tutan qarşılaşma 1:1 hesabıyla başa çatıb.
Vüsal bu matça start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib. O, 27-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Eqnatiya” 4 turdan sonra 7 xalla 2-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu yay “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 6 oyuna çıxıb, 1 qola imza atıb.


