Vüsal İsgəndərli üçün 74 dəqiqə və 3 xal

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 8-ci turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutan qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılıb.

Vüsal bu matça start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.

“Eqnatiya” 8 turdan sonra 16 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu yay “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 10 oyuna çıxıb, 2 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: