Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 5-ci turu çərçivəsində “Laçi” ilə qarşılaşıb.
“Eqnatiya” doğma meydanda baş tutan qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.
Vüsal bu matça start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.
“Eqnatiya” 5 turdan sonra 10 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu yay “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 7 oyuna çıxıb, 1 qola imza atıb.


