Xabi Alonso “Bayern”lə oyun ərəfəsində rəqibi qiymətləndirdi

Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso “Bayern”in yeni mövsümdəki çıxışı ilə bağlı fikrini bildirib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis belçikalı həmkarı, Münhen komandasının çalışdırıcısı Vensan Kompani haqda da danışıb:

“Onlar mövsümə çox yaxşı başlayıblar. Böyük güc-qüvvə və keyfiyyətlə oynayırlar. Vensan Kompaninin təsiri hələ yaxşıdır. Sabah bizi böyük çağırış gözləyir. 90 dəqiqə ərzində mümkün qədər diqqətimizi cəmləməli və istənilən vəziyyətə hazır olmalıyıq”, deyə Xabi Alonso vurğulayıb.

Xatırladaq ki, “Bayern” sentyabrın 28-də Bundesliqanın 5-ci turu çərçivəsində mərkəzi görüşdə “Bayer”i qəbul edəcək.

4 turdan sonra “Bayern” 12 xalla Bundesliqanın yarış cədvəlinin zirvəsində yer alıb. “Bayer” isə 9 xalla 2-ci pillədən Almaniya nəhəngini təqib edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: