Xabi Alonso: “Yaxşı vəziyyətdəyik və bundan həzz alırıq”

Bundesliqanın 16-cı turunda “Bohum”la oyundan (4:0) sonra “Bayer”in ispan baş məşqçisi Xabi Alonso “əczaçılar”ın liderliyini şərh edib.

Arena.az Bundesliqanın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Əlbəttə, mövsümün ilk hissəsini yaxşı keçirəcəyimizə ümid edirdik. Biz yaxşı vəziyyətdəyik və bundan həzz alırıq. Amma biz eyni ruhda davam etmək istəyirik”, deyə Xabi Alonso bildirib.

Hazırda Almaniya Bundesliqasında keçirdiyi 16 oyundan sonra “Bayer” 42 xalla çempionatın lideridir. Eyni zamanda, Xabi Alonsonun yetirmələri məğlub olmayıblar – 13 qələbə – 3 heç-heçə.

Leverkuzenlilərin ən yaxın izləyiciləri belə sıralanıblar: “Bayern” – 38 xal, “Ştutqart” – 34 xal, “Leypsiq” – 33 xal.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: