“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/8 finalında “Napoli”yə qarşı evdə cavab oyunundan gözləntilərini paylaşıb.
Arena.az xatırladır ki, Nepolda keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
“Napoli” ilə qarşıdakı oyun mövsümün ən vacib oyunu olacaqmı? Bəli və biz həvəslə doluyuq. Dörd ildir ki, 1/4 finalda iştirak etmirik. Çətin günlər yaşasa da, İtaliyanın cari çempionu olmağa davam edən komanda ilə oynayacağıq.
Yeni baş məşqçisi ilə “Napoli” daha yaxşı və hərəki olub. Zədələrimiz çoxdur, amma mübarizə aparmalıyıq. İlk oyunda daha yaxşı idik, indi də yaxşı olmalıyıq. 1/4 finala çıxmaq imkanımız yüksəkdir. İtkilər bəhanə deyil, biz uğursuzluğa düçar olmaqdan qorxmuruq”, deyə Xavi bildirib.
Komandalar arasında cavab oyunu martın 12-də Barselonanın “Olimpik Lyuis Kompanis” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.


