İngiltərə Çempionşipində mübarizə aparan “Hall Siti”də icarə əsasında çıxış edən Xavyer Simons “Çelsi”dən birdəfəlik ayrılmağa qərar verib. Arena.az xəbər verir ki, “Hall Siti” onun transfer hüquqlarını da alıb.
Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İngiltərədən olan 20 yaşlı yarımmüdafiəçinin “Hall Siti” ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə bağladığı diqqətə çatdırılıb. Türkiyəli Acun Ilıcalının rəhbəri olduğu klubun bu transfer üçün “Çelsi”yə nə qədər təzminat ödədiyi açıqlanmayıb.
Xatırladaq ki, Xavyer Simons “Hall Siti”yə bu mövsümün əvvəlində icarə əsasına keçmişdi. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 10 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İngilis futbolçu “Çelsi”nin yetirməsidir. London təmsilçisinin əsas komandasında cəmi 1 oyun keçirmiş yarımmüdafiəçi İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarının da formasını geyinib.
“Hall Siti” bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 37 oyunda 46 xal toplayıb və 24 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.


