“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 16-cı turunda “Mançester Yunayted”ə ev məğlubiyyətini (1:2) şərh edib.
Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Deyəcək çox söz yoxdur. Müdafiəyə gəlincə, onlar inanılmaz dərəcədə israrlı idilər. İki mövsüm ərzində biz səkkiz oyunda məğlub olmamışıq. Söhbət bu və ya digər oyunçudan getmir.
Öz səhvimizdən qolları buraxdıq. Biz soyuqqanlı oynamırıq. Nəticələr çox yaxşı olmadı, oyun əla alınmadı. Mən vəziyyəti bilirəm, başa düşürəm, amma gerçəklik də budur.
Cərimə meydançasında diqqətli olmaq gərəkdir. Söhbət Mateus Nunyesdən getmir, o, müdafiəçi mövqeyində həqiqətən də yaxşı oynadı. Amma məsələ bu deyil, biz daha yaxşı oynamalıyıq”, deyə Xosep Qvardiola vurğulayıb.
16 oyundan 27 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlində 5-ci sırada qərarlaşıb. “Mançester Yunayted” isə 22 xalla 13-cü yerdədir. Premyer Liqaya 15 oyundan 36 xalla “Liverpul” başçılıq edir.


