Xosep Qvardiola İlkay Gündoğanla Erlinq Halandı təriflədi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçi İlkay Gündoğanın “şəhərlilər”in heyətinə təsirindən danışıb.

Arena.az ispan mütəxəssisin türkəsilli almaniyalı futbolçu haqda müvafiq fikrini təqdim edir:

“Gündoğan heyətimizə qayıtdıqdan sonra onun çıxış etdiyi mövqe möhkəmləndi. O, yaxşı formada olanda onun yerinə kimisə seçmək çətindir. Qalanlarına bu mövqe uğrunda rəqabət qalır.

Mən növbələşmə etmək istəyirəm, bu başa çatdıqdan sonra oyunçular buna hazır olduqlarını sübut etməlidirlər. İstəyirəm ki, hamısı buna cəlb olsun və təravətli qalsın. Bununla belə, futbolçular meydana çıxmağa hazır olmalıdırlar”, deyə “Pep” vurğulayıb.

Qvardiola “şəhərlilər”in norveçli hücumçusu Erlinq Halandın qolçuluq məharətindən də söhbət açıb:

“Mən peşəkar səviyyədə 11 il oynamışam və bu müddət ərzində 11 qol vurmuşam. Bu oğlan isə İngiltərə çempionatının 4 oyununda 9 qol vurub. Beləliklə, növbəti oyunda o, mənimlə bərabərləşə bilər. Bunu təsəvvür edə bilərsinizmi, amma mən təəccüb edirəm”, deyə “Pep” yarızarafat-yarıgerçək bildirib.

Xosep Qvardiola İtaliyanın “İnter” klubunun argentinalı hücumçusu Lautaro Martines haqda da fikrini paylaşıb. İspan mütəxəssisin bu barədə fikrini təqdim edirik:

“Lautaro Martines “Qızıl top”u qazana bilər. Mən bu mükafatı “Mançester Siti”nin oyunçularından birinin qazanmasını üstün tutardum, amma o, inanılmaz oyunçudur. Əgər sən “İnter”də kapitansansa, Argentina yığmasında oynayırsansa, Dünya Kubokunu və Amerika Kubokunu qazanırsansa, deməli, sən mütləq xüsusi bir futbolçusan”, deyə “Barselona”nın baş məşqçisi “TyC Sports” dərgisinə açıqlamasında vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: