“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in cari nəticələri haqda söhbət açaraq, keçmiş uğurları ilə müqayisə aparıb.
Arena.az “City Xtra” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis, başda “Liverpul” olmaqla, İngiltərə Premyer Liqasında çempionluğa iddialı digər komandaların da “bostanına daş atıb”:
“Siz “Liverpul”un cari mövsümdə necə oynadığını görürsünüzmü? Amma onlar daha, 100 xal toplaya bilməyəcəklər. Ola bilsin ki, 99 xal yığacaqlar, amma 100 yox. Bununla belə, onların necə bir mövsüm keçirdiklərinə bir baxın! Müvafiq hal məni düşünməyə sövq etdi: “Uf, görün bir biz nələr etmişik! *
Adamlar soruşanda ki: “Ah, “Pep” nə olub axı (“Mançester Siti”nin uğursuz nəticələrinə görə – redaktorun qeydi)? Amma fəsad ondadır ki, bu, heç də adi təzahür deyildi (“şəhrlilər”in ötən mövsümlərdəki nəticələri – redaktorun qeydi)! Bu, keçmişdə heç də adi bir hal deyildi. Müasir futbolda kim 100 xal yığa bilər? Kim İngiltərə Premyer Liqasını ardıcıl dörd dəfə qazana bilər? Mən gözləmirəm…”, deyə Xosep Qvardiola zövqlə vurğulayıb.
- Qeyd: 2017/2018-ci illər mövsümündə “Mançester Siti” 100 xal toplayaraq İngiltərə Premyer Liqasının mütləq rekordunu müəyyənləşdirmiş və həmçinin çempionluğu bayram etmişdi.
Cari mövsümdə keçirdiyi 24 oyunda isə 41 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Premyer Liqaya 57 xalla “Liverpul” başçılıq edir.


