Xosep Qvardiola MY üzərində qələbəsinə şərh verdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 10-cu turunda “Mançester Yunayted” üzərində (3:0) qələbəsini şərh edib.

Arena.az “Eurosport” dərgisinə istinadən Qvardiolanın müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bizim burada həmişə yaxşı əhval-ruhiyyəmiz var. Futbolçular ən yaxşı surtədə çıxış etdilər və azarkeşlərimiz üçün çox şadam. Bunun onlar üçün nə demək olduğunu bilirəm. Uzun illər Aleks Ferqyuson burada olanda onlar “Mançester Yunayted”i zirvədə görüblər və son bir neçə ildə biz bu ənənəni əksinə çevirdik.

İlk beş-on dəqiqədə belə təhlükəli komandaya qarşı topu itirəndən sonra, nəzarəti ələ keçirə bildik. İkinci qoldan sonra fantastik oynadıq”, deyə Xosep Qvardiola razılıqla danışıb.

Qələbə sayəsində “Mançester Siti” 24 xalla Premyer Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Mançester Yunayted” isə 15 xalla 8-ci yerdədir. Premyer Liqaya 26 xalla Angelos Postekoqlunun “Tottenhem”i başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: