Xosep Qvardiola “Nyukasl” üzərində qələbəni şərh etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 25-ci turunun “Nyukasl”la ev oyununu (4:0) şərh edib.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Necə oynadığımız haqda fikir yürütsək, bizim, kim olduğumuzu xatırladığımız qənaətinə gəlmək olar. Cari mövsümdə əvvəllər, biz bununla öyünə bilməzdik.

Biz həmişə cəhd edir, çalışırıq, amma bu, bəzən bizə müyəssər olmur. Mən oyunun nəbzindən və hücumda nümayiş etdirdiyimiz tezlikdən çox razıyam, Niko Qonsales və Abdukodir Xusanov möhtəşəm idilər. Bizə, UEFA Çempionlar Liqasına düşmək üçün bu oyunları qazanmaq gərəkdir. Biz elə oynamalıyıq ki, azarkeşlərimiz evlərinə xoşbəxt qayıtsınlar.

Ömər Marmuş özünü Almaniyada yaxşı təzahür etdirib, o, keyfiyyətli və cəld oyunçudur. Mən onun qolları necə vurmasından məmnunam. “Leyton”la oyunda (2:1) o, məqamları qaçırırdı, amma bu gün meydanın sonuncu üçdə birində o, çox yaxşı idi.

Haland 10 illik müddətə müqavilə imzalayıb, odur ki, mən onda bir kapitan kimi əminəm. Mən həqiqətən onun üçün şadam. Gec-tez Haland komandanın kapitanı olacaq, bu, zaman məsələsidir”, deyə Xosep Qvardiola vurğulayıb.

Cari mövsümdə keçirdiyi 25 oyunda 44 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Nyukasl” isə 41 xalla 7-ci pillədədir.

Premyer Liqaya 24 oyunda 57 xal toplamış “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: