Xosep Qvardiola “Real”a məğlubiyyətə aydınlıq gətirdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/16 finalında “Real”la cavab oyunundakı məğlubiyyəti şərh edib.

Arena.az məlumat verir ki, evdə 2:3 hesabı ilə məğlub olmuş “şəhərlilər”, səfərdəki cavab oyununda da 1:3 hesabı ilə uduzub.

Nəticədə İngiltərə çempionu UEFA Çempionlar Liqasının cari mövsümündəki çıxışlarına xitam verib. Xosep Qvardiola matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Biz, müdafiədəki uğursuz məqam səbəbindən ilk qolu buraxdıqdan sonra, vəziyyət bizim üçün getdikcə daha da mürəkkəbləşdi. Etiraf etmək gərəkdir ki, bu dəfə güclü komanda qalib gəldi, buna görə də “Real”ı təbrik edirik. İndi biz İngiltərə Premyer Liqasındakı çıxışlarımıza köklənməliyik”, – BBC ispan mütəxəssisdən sitat gətirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: