Yakob Neestrup “Kopenhagen”in ÇL-dəki uğuru haqda danışdı

“Kopenhagen”in baş məşqçisi Yakob Neestrup komandasının “Qalatasaray”ı məğlub edərək (1:0) ÇL-in ələmə mərhələsinə yüksəlməsini şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, danimarkalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz bu turnirə girdiyimiz andan özümüzə inandıq. Bu gün heç kim deyə bilməz ki, bu, yalnız ikinci yerdir. Bu, layiqli ikinci yerdir. Bu qrupda altı oyundan sonra ikinci ən yaxşı komanda idik.

Mən oyunçularımla çox fəxr edirəm. Mən fəxr edirəm ki, biz 2024-cü ilin əvvəlində Kopenhagenin bütün oğlan və qızlarına daha bir heyrətamiz təcrübə bəxş edə bilərik. Klub buna layiqdir… əslində isə çətindir. Söz tapa bilmirəm.

Əgər “Mançester Yunayted”, “Bayern” və “Qalatasaray”la oyunlarda “Qalatasaray”dan 3, “Manester Yunayted”dən isə 4 xal alaraq qrupdan çıxmağı bacarsanız, növbəti mərhələyə yüksəlmək imkanınız var. Əgər belə düşünməsək, çox güman ki, uduzacağıq”, deyə Yakob Neestrup bildirib.

Xatırladaq ki, dekabrın 12-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu, 6-cı turu çərçivəsində “Qalatasaray”ı qəbul etmiş “Kopenhagen” rəqibini 1:0 hesabı ilə məğlub edib. Danimarka klubu bu qələbə sayəsində ÇL-in ələmə mərhələsinə vəsiqəsini rəsmiləşdirib.

“Bayern”in 16 xalla 1-ci olduğu “A” qrupunda “Kopenhagen” 8 xalla 2-ci, “Qalatasaray” 5 xalla 3-cü, “Mançester Yunayted” isə 4 xall sonuncu olub. “Bayern” və “Kopenhagen” mübarizəni Çempionlar Liqasının ələmə mərhələsində davam etdirəcək. “Qalatasaray” Avropa Liqasına, “Mançester Yunayted” isə evə yollanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: