Yakob Neestrup MY üzərində qələbədən danışdı

“Kopenhagen”in baş məşqçisi Yakob Neestrup Çempionlar Liqasında “Mançester Yunayted” üzərində qazanılmış qələbəni (4:3) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən danimarkalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bütün bunlara baxanda çılğın oyundur. Dörd oyun keçirdik, əvvəlki üç oyunda çox yaxşı oyun göstərdik, ancaq bir xal qazandıq.

Mənzərəyə ümumilikdə baxsaq, düşünürəm ki, dörd xal bizim üçün çox, çox layiqlidir. Dörd oyun keçirdik və qrupda ikinci yerə layiqik. “Kopenhagen”in bir məqsədi var – yeni ildə Çempionlar Liqasında olmaq”, deyə Yakob Neestrup bildirib.

“Mançester Yunayted” üzərəində qələbə sayəsində xalını 4-ə çatdırmış “Kopenhagen” “A” qrupunda 2-ci yerə yüksəlib. Eyni miqdarda xal toplamış “Qalatasary” 3-cü pillədədir. “Mançester Yunayted” 3 xalla qrupun autsayderinə çevrilib. “Bayer”in isə 12 xalla qrupun lideri kimi pley-off mərhələsinə vəsiqəsini təmin edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: