Yoxlama oyunu: Millimizlə oyundan öncə Ermənistana uduzdular

Ötən gecə dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri İngiltərə və İslandiya yığmaları arasında baş tutub.

Qarşılaşma qarşıdakı Avropa çempionatının (AÇ-2024) əsas favoritlərindən sayılan İngiltərə yığmasının məğlubiyyəti ilə başa çatıb.

Bir neçə gün sonra Azərbaycan millisi ilə yoxlama oyununda üz-üzə gələcək Qazaxıstan yığması isə Ermənistana uduzub.

Çexiya Maltanı, Rusiya Belarusu böyük hesabla məğlub edib. AÇ-2024-ə ev sahibliyi edəcək Almaniya yığması Yunanıstan üzərində, Polşa isə Ukrayna üzərində qələbəyə sevinib.

Yoxlama oyunu
7 iyun

Kamboca – Monqolustan 2:0
Çexiya – Malta 7:1
Ermənistan – Qazaxıstan 2:1
Belarus – Rusiya 0:4
Rumıniya – Lixtenşteyn 0:0
İngiltərə – İslandiya 0:1
Almaniya – Yunanıstan 2:1
Polşa – Ukrayna 3:1
Şotlandiya – Finlandiya 2:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: