Ötən gecə dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.
Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Meksika və Uruqvay yığmaları arasında baş tutub.
Uruqvaylılar bu görüşdə darmadağınla qalib gəliblər.
Qarşıdakı Avropa çempionatına (AÇ-2024) hazırlaşan Niderland yığması da Kanada millisini 4 cavabsız qolla üstələyib. Cəbəllüttariq – Uels matçında isə qapılara qol vurulmayıb.
Yoxlama oyunu
6 iyun
Meksika – Uruqvay 0:4
Cəbəllüttariq – Uels 0:0
Niderland – Kanada 4:0


