Ötən gün dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.
Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Türkiyə və ABŞ yığmaları arasında baş tutub.
Amerikalılar bu oyunda erkən qolla hesabı açıblar. Amma türklər elə ilk hissədə buraxılan qolun əvəzini artıqlaması ilə çıxıblar və yekunda əzmkar qələbəyə seviniblər.
Altı qolun qeydə alındığı Kanada – Ukrayna matçında isə avropalılar məğlub olublar. Meksika – İsveçrə matçında da altı qol qeydə alınıb. Yekunda isveçrəlilər qələbə qazanıblar.
Yoxlama oyunu
7 iyun
Çad – Keniya 0:0
Danimarka – Şimali İrlandiya 2:1
Yunanıstan – Slovakiya 4:1
Kanada – Ukrayna 4:2
ABŞ – Türkiyə 1:2
Meksika – İsveçrə 2:4
Yeni Zelandiya – Kot-d’İvuar 1:0


