Yüksək Liqa: 2-ci turun matçları Gəncə və Bakıda keçiriləcək

Qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) növbəti oyunların tarixi müəyyənləşib.

Arena.az xəbər verir ki, ölkə çempionatında ikinci turun qarşılaşmaları noyabrın 25-də Bakı və Gəncə şəhərlərində baş tutacaq.

Ev oyunlarını Gəncə Olimpiya İdman Kompleksində keçirən “Gəncə” klubunun bu dəfə qonağı “Azərreyl” olacaq. Oyun saat 18:00-da başlayacaq.

Həmin gün Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ikinci turun daha iki oyunu baş tutacaq. İlk olaraq saat 15:00-da meydana “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları çıxacaqlar. Saat 18:00-da isə “Abşeron” və UNEC klubları üz-üzə gələcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: