Bu gün voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023-cü ilin sonuncu qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, ilin və 7-ci turun sonuncu görüşü Azərbaycan Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.
Bu oyunda “Azərreyl” və “Neftçi” klubları üz-üzə gəliblər. Qarşılaşmanın gərgin keçən ilk setini “Neftçi” qalib başa vurub. İkinci hissədə isə “Azərreyl” daha yaxşı oynayıb və qələbə qazanıb. Lakin “Neftçi” yenidən təşəbbüsü ələ alaraq növbəti setləri də aktivinə yazdırıb. Beləliklə, 2023-cü ilin son qarşılaşmasında “Neftçi” 3:1 hesabı ilə qalib gəlib.
Kişilərin Yüksək Liqasında “Xarı Bülbül” (Şuşa) 16 xalla turnir cədvəlinin zirvəzində qərarlaşıb. 14 xalı olan “Azərreyl” 2-ci, 13 xalla “Murov” 3-cü, “Neftçi” 10 xalla 4-cü, “Xarı Bülbül” (Laçın) 4 xalla 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.
Yüksək Liqa
7-ci tur
21 dekabr
“Azərreyl” – “Neftçi” 1:3 (23:25, 25:16, 18:25, 12:25)


