Yüksək Liqa: 2024-cü ilin sonuncu oyunları keçirildi

Qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 2024-cü ilin son oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu gün Yüksək Liqanın 4-cü turun oyunları baş tutub.

Görüşlərdən ikisi Bakıda, biri isə Gəncədə keçirilib. Əvvəlcə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində meydana “Abşeron” və “Azərreyl” komandaları çıxıblar. Gərgin keçən bu görüşdə “Abşeron” 3:1 hesabı ilə qələbə qazanıb.

Növbəti oyun Gəncə İdman Sarayında baş tutub. Bu matçda meydan sahibi “Gəncə” komandası UNEC-i 3:0 hesabı ilə məğlub edib.

Turun və ilin son qarşılaşması isə “Milli Aviasiya Akademiyası” və “Murov” komandaları üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan bu oyunda 3:1 hesabı ilə “Milli Aviasiya Akademiyası” qalib gəlib.

Yüksək Liqa
4-cü tur
19 dekabr

“Abşeron” – “Azərreyl” 3:1 (18:25, 25:21, 25:17, 25:16)
Bakı. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

“Gəncə” – UNEC 3:0 (25:8, 25:7, 25:11)
Gəncə İdman Sarayı.

“Milli Aviasiya Akademiyası” – “Murov” 3:1 (25:20, 23:25, 25:21, 25:19)
Bakı. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Xallar: Abşeron – 11. Azərreyl – 8. Gəncə – 7. Milli Aviasiya Akademiyası – 6. Murov – 4. UNEC – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: