Dekabrın 13-də həm qadın, həm də kişi voleybolçular arasında Azərbaycan çempionatlarının (Yüksək Liqa) növbəti oyunları baş tutacaq.
Arena.az xəbər verir ki, qadın voleybolçuların mübarizəsində 6-cı tur çərçivəsində “Gəncə” doğma meydanda “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Bu görüş saat 15:00-da start götürəcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində isə “Abşeron” və “Murov” komandaları qarşılacaqlar. Saat 16:00-da başlayacaq bu matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qadınların mübarizəsində turun daha bir qarşılaşması isə UNEC voleybol klububun idman zalında baş tutacaq. Saat 19:00-da UNEC və “Azərreyl” komandaları üz-üzə gələcəklər.
Həmin gün kişi voleybolçuların Yüksək Liqasında da bir oyun baş tutacaq. Saat 18:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Xarı Bülbül” (Şuşa) və “Xarı Bülbül” (Laçın) komandaları üz-üzə gələcəklər.
Yüksək Liqa
13 dekabr
Qadınlar
15:00. “Gəncə” – “Milli Aviasiya Akademiyası”
Ünvan: Gəncə OİK.
16:00. “Abşeron” – “Murov”
Ünvan: GİN Voleybol Mərkəzi.
19:00. UNEC – “Azərreyl”
Ünvan: UNEC VK-nun idman zalı.
Kişilər
18:00. “Xarı Bülbül” (Şuşa) – “Xarı Bülbül” (Laçın)
Ünvan: GİN Voleybol Mərkəzi.


