Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 3-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan günün yeganə görüşündə “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.
Qarşılaşma birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra hərəyə 6 xalı olan komandalar turnir cədvəlində 2-3-cü pillələri bölüşdürürlər.
Yüksək Liqa
3-cü tur
28 noyabr
“Milli Aviasiya Akademiyası” – “Abşeron” 1:3 (17:25, 27:25, 16:25, 17:25)
UNEC – “Gəncə” 0:3 (8:25, 19:25, 19:25)
29 noyabr
“Azərreyl” – “Murov Az Terminal” 3:0 (25:13, 25:21, 26:24)


