Yüksək Liqa: “Azərreyl” və “Gəncə”dən qələbə

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası”nın qonağı olub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan matça Vüqar Əliyevin yetirmələri üstün başlasa da, sonda sevinən Gəncə təmsilçisi olub. 3:1 hesabı ilə qalib gələn “Gəncə” bu qələbədən sonra turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Turun növbəti oyunu isə “Murov”un idman zalında keçirilib. Burada “Azərreyl” komandası UNEC-lə üz-üzə gəlib. Tələbələrə hər üç setdə qalib gələn Cengiz Akarçeşmənin yetirmələri xallarının sayını 12-yə çatdırıblar.

Beləliklə, “Abşeron” və “Azərreyl” hərəyə 12 xalla turnir cədvəlində birinci və ikinci yerləri bölüşürlər. “Murov” 9 xalla 3-cü, “Gəncə” 6 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci pillədə qərarlaşıb. Sonuncu yerdə olan UNEC-in isə xalı yoxdur.

Yüksək Liqa
9 dekabr

“Milli Aviasiya Akademiyası” – “Gəncə” 1:3 (25:21, 18:25, 23:25, 12:25)

“Azərreyl” – UNEC 3:0 (25:22, 25:15, 25:16)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: