Yüksək Liqa: İkinci dövrənin son turunun proqramı bilindi

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 10-cu turunun proqramı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yüksək Liqada 10-cu turun qarşılaşmaları yanvarın 23-də və 25-də baş tutacaq.

Yanvarın 23-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov” və “Gəncə” komandaları üz-üzə gələcəklər. Bu görüş saat 17:00-da start götürəcək.

Turun digər matçı isə “Milli Aviasiya Akademiyası” və UNEC komandaları arasında olacaq. UNEC klubunun idman zalında baş tutacaq bu qarşılaşma saat 18:00-da başlanacaq.

Tura yanvarın 25-də keçiriləcək “Abşeron” – “Azərreyl” matçı ilə yekun vurulacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq oyunun start fiti saat 18:00-da veriləcək.

Qeyd edək ki, bu qarşılaşma ilə Yüksək Liqada 2-ci dövrə başa çatacaq.

Yüksək Liqa
10-cu tur
23 yanvar

17:00. “Murov” – “Gəncə”
18:00. “Milli Aviasiya Akademiyası” – UNEC

25 yanvar

18:00. “Abşeron” – “Azərreyl”

Xəbəri sosial şəbəkələrdə paylaş: