Yüksək Liqa: Kişilərin yarışında bu gün ilin son oyunu keçiriləcək

Kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023-cü ilin son matçı bu gün keçiriləcək.

Arena.az xəbər verir ki, ilin son oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Burada “Azərreyl” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Saat 15:00-da başlayacaq oyuna giriş sərbəstdir.

Yüksək Liqa
7-ci tur

21 dekabr

15:00. “Azərreyl” – “Neftçi”
Bakı. Voleybol Mərkəzi.

Xəbəri sosial şəbəkələrdə paylaş: