Yüksək Liqa: Laçın klubu mövsümə qələbə ilə başladı

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunu baş tutub.

Arena.az xəbər verir ki, günün yeganə matçında “Xarı Bülbül” (Laçın) və MOİK komandaları üz-üzə gəliblər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən qarşılaşma “hərbçilər” üçün uğursuz alınıb. Əvəzində çempionatda ilk matçına çıxan Laçın komandası meydandan qalib ayrılıb. Quru hesabla qalib gələn Laçın təmsilçisi bu qələbə ilə yeni mövsümdəki ilk xallarını qazanıb.

Yüksək Liqa
27 noyabr

“Xarı Bülbül” (Laçın) – MOİK 3:0 (25:18, 25:22, 29:27)

Xəbəri sosial şəbəkələrdə paylaş: