Yüksək Liqa: MOİK “Neftçi”yə məğlub oldu

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) daha bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

MOİK Yüksək Liqadakı növbəti matçında “Neftçi” ilə üz-üzə gəlib. Matçın qalibi 3 setdə bəlli olub. Pərviz Səmədovun rəhbərlik etdiyi “Neftçi” daha dəqiq oynayıb və 3:0 hesablı qələbə ilə çempionatda ilk xallarını qazanıb.

Noyabrın 23-də daha iki oyun baş tutacaq. İlk olaraq meydana “Azərreyl” və “Murov Az Terminal” komandaları çıxacaq. Matç saat 16:00-da başlayacaq. Günün növbəti qarşılaşması isə “Xarı Bülbül” (Şuşa) və “Xarı Bülbül” (Laçın) klubları arasında olacaq.

Hər üç görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Yüksək Liqa (kişilər)
22 noyabr

MOİK – “Neftçi” 0:3 (11:25, 13:25, 15:25)

Xəbəri sosial şəbəkələrdə paylaş: