Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün daha bir oyunu baş tutub.
Arena.az xəbər verir ki, əvvəlki turlardan vaxtı dəyişdirilmiş bu qarşılaşmada “Murov” və “Abşeron” komandaları üz-üzə gəliblər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan matç gərginliyi ilə yadda qalıb. İlk iki setdə daha dəqiq oynayan “Murov” 2:0 irəli keçib. Eyni gerginlikdə keçən növbəti hissəni isə “Abşeron” kollektivi aktivinə yazdırıb və ümumi hesabı 2:1 edib. Lakin təşəbbüsü yenidən ələ alan “Murov” dördüncü setdən də qalib ayrılıb. Beləliklə, 4 hissə davam edən qarşılaşmada “Murov” 3:1 hesabı ilə qələbə qazanıb.
Beləliklə, hazırda “Azərreyl” və “Abşeron” 15 xalla 1-ci və 2-ci yerləri bölüşürlər. Xallarının sayını 12-yə çatdıran “Murov” 3-cü, 9 xalı olan “Gəncə” 4-cü, 3 xalı olan “Milli Aviasiya Akademiyası” 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.
Yüksək Liqa
16 dekabr
“Murov” – “Abşeron” 3:1 (28:26, 25:22, 29:31, 25:17)


