Sabah – yanvarın 24-də kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) növbəti oyun keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci dövrə çərçivəsində “Murov” və MOİK komandaları üz-üzə gələcəklər.
“Murov” klubunun idman zalında təşkil olunacaq oyuna saat 16:00-da start veriləcək.
Yüksək Liqa
24 yanvar
16:00. “Murov” – MOİK


