Bu gün həm qadınlar, həm də kişilər arasında voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) növbəti oyunlar keçirilib.
Arena.az xəbər verir ki, günün ilk qarşılaşması kişilər arasında olub.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan ilk oyunda “Xarı Bülbül” (Laçın) və “Neftçi” klubları üz-üzə gəliblər. Oyuna Laçın komandası daha yaxşı başlasa da, sonda sevinən Pərviz Səmədovun yetirmələri olub – 3:1.
Günün ikinci qarşılaşması isə qadın voleybolçulardan ibarət “Abşeron” və UNEC kollektivləri arasında keçirilib. UNEC Voleybol Klubunun idman zalında baş tutan oyun “Abşeron”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda “Abşeron” 18 xalla turnir cədvəlinə liderlik edir. “Azərreyl” 15 xalla 2-ci, “Murov” 12 xalla 3-cü, 9 xalı olan “Gəncə” 4-cü, 3 xalı olan “Milli Aviasiya Akademiyası” 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.
Kişilərin Yüksək Liqasında isə “Xarı Bülbül” (Şuşa) 16 xalla turnir cədvəlinə liderlik edir. 14 xalı olan “Azərreyl” 2-ci, 13 xalla “Murov” 3-cü, “Neftçi” 7 xalla 4-cü, “Xarı Bülbül” (Laçın) 4 xalla 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.
Yüksək Liqa
18 dekabr
Kişilər
“Xarı Bülbül” (Laçın) – “Neftçi” 1:3 (25:12, 17:25, 21:25, 24:26)
Qadınlar
UNEC – “Abşeron” 0:3 (7:25, 19:25, 16:25)


