Kişi voleybolçular arasında Azərbaycan çempionatının (Yüksək Liqa) 2023/2024 mövsümünün “Xarı Bülbül” (Laçın) – “Neftçi” oyunu təxirə salınıb.
Arena.az xəbər verir ki, buna bəzi oyunçuların səhhətində problem yaranması səbəb olub.
Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, “Neftçi” klubu Azərbaycan Voleybol Federasiyasına rəsmi müraciət ünvanlayıb. Müraciətdə komandanın 6 oyunçusunda (Emin Abdullayev, Milad Salehi, Abdulla Əzmun, Məhəmməd Noruzi, Məhəmməd Abolhəsəni, Mohsen Vazehi) yüksək hərarətin (Diaqnoz- Kəskin Respirator Xəstəlik, KRX) müşahidə edildiyi bildirilib. AVF yaranmış bu vəziyyəti nəzərə alaraq qarşılaşmanın təxirə salınmasına qərar verib.
Matçın nə zaman baş tutacağı hələ ki, bəlli deyil. Oyunun keçirilmə vaxtı ilə bağlı məlumat veriləcək.


