Yüksək Liqa: Növbəti üç oyunun yeri və vaxtı açıqlandı

Kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib.

Arena.az xəbər verir ki, ölkə çempionatının növbəti matçları noyabrın 22-də və 23-də təşkil olunacaq.

Bu gün MOİK Yüksək Liqadakı növbəti matçında “Neftçi” ilə üz-üzə gələcək. Bu oyuna saat 18:00-da start veriləcək.

Noyabrın 23-də isə ilk olaraq meydana “Azərreyl” və “Murov Az Terminal” komandaları çıxacaq. Matç saat 16:00-da başlayacaq. Günün növbəti qarşılaşması isə “Xarı Bülbül” (Şuşa) və “Xarı Bülbül” (Laçın) klubları arasında olacaq. Saat 19:00-da başlayacaq bu oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Hər üç görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Yüksək Liqa (kişilər)

22 noyabr
18:00. MOİK – “Neftçi”

23 noyabr
16:00. “Azərreyl” – “Murov Az Terminal”
19:00. “Xarı Bülbül” (Şuşa) – “Xarı Bülbül” (Laçın)

Xəbəri sosial şəbəkələrdə paylaş: