Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunlarının vaxtı bəlli olub.
Arena.az xəbər verir ki, dekabrın 5-də 4-cü tur çərçivəsində iki görüş baş tutacaq.
Günün ilk qarşılaşması “Milli Aviasiya Akademiyası” və “Azərreyl” komandaları arasında olacaq. Oyun saat 16:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Bu oyunun ardınca saat 18:00-da start götürəcək turun digər matçında isə “Murov” və UNEC kollektivləri üz-üzə gələcək.
Hər iki oyun Azərbaycan Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.


