Yüksək Liqa: Sabah daha 2 oyun baş tutacaq

Voleybol üzrə Azərbaycan çempionatlarında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunlarının vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, sabah – dekabrın 18-də həm qadın, həm də kişi voleybolçular arasında ölkə çempionatlarının oyunları baş tutacaq.

Günün ilk qarşılaşmasında kişi voleybolçular meydana çıxacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Xarı Bülbül” (Laçın) komandası “Neftçi” ilə üz-üzə gələcək. Oyuna saat 15:00-da start veriləcək.

Qadınların yarışında isə “Abşeron” UNEC-in qonağı olacaq. Saat 19:00-da başlayacaq qarşılaşma UNEC voleybol klubunun idman zalında təşkil olunacaq.

Yüksək Liqa
18 dekabr

Kişilər
15:00. “Xarı Bülbül” (Laçın) – “Neftçi”
Ünvan: Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Qadınlar
19:00. UNEC – “Abşeron”
Ünvan: UNEC voleybol klubunun idman zalı.

Xəbəri sosial şəbəkələrdə paylaş: