Yüksək Liqa: Sabah ilin və 7-ci turun son oyunları keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023-cü ilin son qarşılaşmaları sabah keçiriləcək.

Arena.az xəbər verir ki, dekabrın 19-da baş tutacaq ilk matçda “Azərreyl” və “Gəncə” komandaları üz-üzə gələcəklər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq oyuna saat 13:00-da start veriləcək. İlin son matçı isə həmin gün saat 15:00-da “Milli Aviasiya Akademiyası” və “Murov” komandaları arasında olacaq. Bununla həm də qadın voleybolçular arasında ölkə çempionatında 7-ci tura yekun vurulacaq.

Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq və zala giriş sərbəst olacaq.

Yüksək Liqa
7-ci tur
19 dekabr

13:00. “Azərreyl” – “Gəncə”
15:00. “Milli Aviasiya Akademiyası” – “Murov”

Xəbəri sosial şəbəkələrdə paylaş: