Yüksək Liqa: Sabah növbəti oyunlar keçiriləcək

Kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) növbəti oyunların keçirilmə yeri və vaxtları müəyyənləşib.

Arena.az xəbər verir ki, ölkə çempionatının növbəti matçları sabah – dekabrın 10-da keçiriləcək.

Günün ilk qarşılaşması “Murov”la “Xarı Bülbül” (Şuşa) komandaları arasında olacaq. Bu görüş saat 15:00-da start veriləcək. Saat 18:00-da isə “Azərreyl” komandası “Xarı Bülbül”lə (Laçın) üz-üzə gələcək.

Hər iki görüş Azərbaycan Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Yüksək Liqa (kişilər)
10 dekabr

15:00. “Murov” – “Xarı Bülbül” (Şuşa)
18:00. “Azərreyl” – “Xarı Bülbül” (Laçın)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: