Yüksək Liqa: Təxirə salınmış ilk turun oyunlarının vaxtı bilindi

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) vaxtı dəyişdirilmiş 1-ci turun oyunlarının vaxt müəyyənləşib.

Arena.az xəbər verir ki, bu turun oyunları sabah – dekabrın 9-da baş tutacaq.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq ilk oyunda “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcəklər. Bu görüşə saat 15:00-da start veriləcək.

Turun digər matçı isə “Azərreyl” və UNEC komandaları arasında olacaq. “Murov”un idman zalında baş tutacaq bu qarşılaşmaya isə saat 19:00-da start veriləcək.

Qeyd edək ki, hər iki oyuna giriş sərbəstdir.

Yüksək Liqa
1-ci turun oyunları
9 dekabr

15:00. “Milli Aviasiya Akademiyası” – “Gəncə”
Bakı. Voleybol Mərkəzi.

19:00. “Azərreyl” – UNEC
Biləcəri qəsəbəsi. “Murov”un idman zalı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: